"Qarabağ" klubu monteneqrolu legioneri Marko Veşoviçlə müqaviləsinin müddətini uzadıb.

32 yaşlı müdafiəçinin yeni sözləşməsi 2025-ci il iyunun 30-dək nəzərdə tutulub. Qeyd edək ki, Marko Veşoviç 2021-ci ildən "köhlən atlar"da çıxış edir. Monteneqrolu oyunçunun müqaviləsi iyunda başa çatmalı idi.